Şriftin ölçüsü :

Saytın rəngi :

21 noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

22 noyabr 2024 | 13:06

21 noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 105 və A.Məmmədov küçəsi 119 ünvanında sahibsiz heyvanların toplanması, M.Cəlal küçəsi 109 ünvanında məişət tullantıları konteynerlərinin sayının azaldılması ilə bağlı, H.Babaşov küçəsi 8 ünvanında “AzərSu” ASC tərəfindən qazıntı işlərindən sonra asfalt örtüyünün bərpa olunması, Ü.Hacıbəyov küçəsi 4 ünvanında zirzəminin və girişlərin dezinfeksiya olunması, S.Məmmədova küçəsində sahibsiz heyvanların toplanması, M.Cəlal küçəsi 103 ünvanında zirzəmidən suyun çəkilməsi və istilik dərəcəsinin artırılması, M.Cəlal küçəsi 3 ünvanında zirzəmidən suyun çəkilməsi  ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər