Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında həftəlik məlumat
Həftə ərzində (10-14 iyun) rayon ərazisində ümumilikdə 60 ünvanda su borusunda təmir işləri aparılıb. 3 nasosxanada təmir işləri aparılıb, 2 ədəd siyirtmə, 1038 p/m su xətti dəyişdirilib. 105 ünvanda kanalizasiya şəbəkəsində axıntının qarşısı alınıb.
Rəsulzadə qəsəbəsi 9-cu mikrorayon 858 saylı TM-dən 6 saylı binanın elektrik təchizatı yenidən qurulub. Elektrik paylayıcı lövhə 2 ədəd, kabel L=250 metr.
Rayon ərazisində TM və KTM-lərin aylıq proflaktik təmir işləri aparılıb. 821, 567, 768 saylı TM-lərdə yenidənqurma işləri aparılır. KTM 1364-də SİP-ləşmə işləri aparılır.
Ümumilikdə, Binəqədi QİS ərazisində 1050 p/m qaz xətti çəkilib, 57 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
M.Cəlal 27,41,135,139 saylı binaları istilik xəttində 9 ədəd siyirtmələr təmir edilib, d-57 mm 7m boru bərpa edilib. H.Babaşov 7 və 8 saylı binaların istilik xəttində 12 ədəd siyirtmə təmir edilib. 6-ci mikrorayon 57 və 124 saylı binaların istilik xəttində 14m boru bərpa olunub, 2 ədəd siyirtmə təmir edilib. 221 və 231 saylı qazanxanalarda 4 ədəd siyirtmələr təmir edilib. 7-ci mikrorayon 3, 3a, 9/33, 11/37, 10 və 14 saylı yaşayış binalarının istilik xətlərində 24 ədəd siyirtmə təmir edilib.
8-ci mikrorayon 1v, 3a, 19, 21 saylı binalarin istilik sistemində dik dayaqlarda d-25 mm 24 m boru dəyişdirilib, 4 ədəd siyirtmə təmir edilib. Qazanxanalarda d-80 mm 8 m, d-25 mm 12 m boru dəyişdirilib.
7-ci və 8-ci mikrorayon ərazilərində binaların 106 girişlərində təmir işləri davam etdirilir.
25 p/m kanalizasiya və 14 p/ m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Azadlıq 28, Naxçıvani 64, A.Gəraybəyli 31a və H.Babaşov küçəsi 20 saylı binanın qarşısında 5 ədəd xeyr-şər evinin tikintisi davam etdirilir.
24 binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
10 binada çardaqlı dam örtüyünün quraşdırılması davam etdirilir.
9-cu mikrorayonda 105,113,115,119 saylı binalarda 9 ədəd yeni lift quraşdırılıb.