Binəqədi rayonunda İctimai iaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində gənclərlə görüş keçirildi.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 05 fevral 2018-ci il tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində gənclərlə görüş keçirilmişdir.Görüşdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, təhsil mərkəzinin direktoru Fatma Çəndirova, gənc müəllimlər və tələbələr iştirak etmişdir.
Görüş zamanı ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətin həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi sahəsində dövlət səviyyəsində keçirilən bütün zəruri tədbirlər haqqında məlumatlar verilmiş, sosial şəbəkələrdə işin təkmilləşdirilməsi mövzusunda maarifləndirmə işi aparılmış, təhsildə və rayonun ictimai həyatında fəallıq göstərən bir qrup gənc müəllim və tələbə İdarə tərəfindən fəxri fərmanla mükafatlandırılmışdır.Təhsil mərkəzinin direktoru Fatma Çəndirova gənclərə öz tövsiyələrini verərək, rayonda keçirilən tədbirlərdə tələbələrin fəal iştirakı ilə xeyriyyə aksiyalarının keçirilməsi kimi təkliflər vermişdir.
Sonda görüş iştirakçıları gənclərin verdiyi maraqlı təkliflərə öz münasibətlərini bildirdilər və onlara qarşıdan gələn 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində fəallıqlarını nümayiş etdirmələrini tövsiyə etdilər.