Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Müasir Azərbaycanın Beynəlxalq Cəmiyyətə inteqrasiyasında hüquqi islahatların rolu” mövzusunda “Məlumat saatı” keçirildi.

08 fevral 2018 | 11:00

8 fevral tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Müasir Azərbaycanın Beynəlxalq Cəmiyyətə inteqrasiyasında hüquqi islahatların rolu” mövzusunda “Məlumat saatı” keçirildi.  Məlumat saatında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun sektor müdirinin müavini Elnurə Əliyeva, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları,  rayon Gənclər və İdman İdarəsinin rəisi, bələdiyyələrin ictimai və humanitar sektor rəhbərləri, BRİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, YAP Binəqədi Rayon Təşkilatının gəncləri, Binəqədi rayonu məktəblərinin müəllimləri iştirak etmişlər.Qeyd edək ki, Əmir Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Hüquq» elmləri üzrə Ekspert Şurasının üzvüdür. Eyni zamanda, Vəkillər üzrə Respublika İxtisas Komissiyasının üzvüdür. BDU tərəfindən buraxılan «Beynəlxalq hüquq və inteqrasiya problemləri» adlı elmi-analitik və praktiki jurnalın baş redaktor müavinidir. Əmir Əliyev "Beynəlxalq ümumi hüquq", "İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi", "Beynəlxalq gömrük hüququ", "Avropa hüququ" fənlərini tədris edir. 2003-ci ildə "Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq" mövzusunda namizədlik dissertasiya işini müdafiə etmiş, hüquq elmləri namizədi alimlik dərəcəsi, 2007-ci ildə isə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika" mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır. Tədbiri Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctmai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov açaraq professor Əmir Əliyevə dəvəti qəbul etdiyi üçün Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təşəkkür etdi. Sonra məruzə ilə çıxış etmək üçün söz Əmir Əliyevə verildi. Hüquq elmləri doktoru Ə.Əliyev Azərbaycanın beynəlxalq aləmdə təmsil olunmasından və bu təmsilçilikdə hüquqi islahatların rolu barədə audoriyaya geniş məlumat verdi. O bildirdi ki, xüsusən müstəqillik qazandığımız ilk illərdə beynəlxalq arenalarda təmsil olunmaq və tanınmaq ölkəmizin xarici siyasətində prioritet vəzifə olmuşdur və ölkəmiz bu vəzifənin öhdəsindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin sayəsində uğurla gəlmişdir. Dünyada geniş təsir gücünə malik beynəlxalq təşkilatlarda təmsil olunmaq və hüquqi proseslərdə iştirak etmək respublikamızın dünyada hüquqi dövlət kimi tanınmasında əhəmiyyətli rol oynamışdır. Ə.Əliyev eyni zamanda bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər elmlər kimi hüquq elmi də dövr keçdikcə yeniləşərək beynəlxalq hüquqa inteqrasiya edir. Sonda məruzəçi auditoriyanın suallarını cavablandırdı.

Keçidlər