Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının VI ildönümü münasibətilə tədbir keçirildi.

13 fevral 2018 | 11:00

13 fevral tarixdə YAP Binəqədi Rayon Təşkilatında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının VI ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə BRİH başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Aprel döyüşlərinin şəhidləri olmuş - Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri Seyfəddin Qurbanov və İmran Bağırov, SHXÇDX –nin Binəqədi rayon idarəsinin əməkdaşları, müvafiq ictimai birliklərin rəhbərləri, Binəqədi rayonu məktəblərinin hərbi rəhbər müəllimləri iştirak etmişdirlər.
Tədbiri BRİH başçısının birinci müavini İlqar Süleymanov giriş sözü ilə açıq elan edib, tədbirin mahiyyəti ilə bağlı məlumat vermişdir. İ.Süleymanov bildirmişdir ki, Respublikamızda cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Hərbi Xidmətə Çağırış işinin təşkili və gənclərimizdə, eyni zamanda onların valideynlərində Vətənpərvərlik hissi və Vətən sevgisi ən yüksək həddə qərarlaşmışdır. Bildiyimiz kimi, Aprel döyüşləri zamanı minlərlə gənc ordu sıralarına yazılmaq üçün könüllü şəkildə müraciət etmiş, şəhid olan qəhrəmanlarımızın valideynlər “təki Vətən sağolsun!” deyərək Vətənə olan sevgilərini bildirmişlər. Daha sonra çıxış üçün söz tədbir iştirakçılarına verilmişdir. Çıxış edən SHXÇDX-nin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışmaq məsuliyyətli, eyni zamanda olduqca şərəflidir. Daha sonra çıxış edən Azərbaycan Qarabağ Müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə Qarabağ əlilləri adından Vətənpərvəlik sahəsində görülən işlərə görə Rayon rəhbərliyinə, eyni zamanda SHXÇDX –nin Binəqədi rayon idarəsinin əməkdaşlara minnətdarlığını bildirmiş və SHXÇDX –nin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimovu ictimai birliyin rəhbəri adından “Fədai” medalı ilə təltif etmişdir. Çıxışlardan sonra xidməti fəaliyyətində əldə etdiyi uğurlara görə, Vətənpərvərlik sahəsində xidmətlərinə görə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının VI ildönümü münasibətilə bir qrup şəxs fəxri fərmanlarla mükafatlandırılmışdır. Tədbirin sonunda çıxış edən BRİH başçısının birinci müavini İlqar Süleymanov Xidmətin əməkdaşlarına şərəfli peşələrində uğurlar arzulamışdır.

 

Keçidlər