Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə tibb işçiləri mükafatlandırılıb

19 iyun 2013 | 10:00

 

18 iyun 2013-cü il tarixdə “17 iyun-Tibb işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov peşə bayramı münasibətilə tibb işçilərini təbrik edərək ölkə  Prezidenti  cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, səhiyyə sahəsinin də inkişafına göstərilən diqqət və qayğıdan ətraflı bəhs edərək yeni-yeni tikilib istifadəyə verilən xəstəxana, poliklinika, diaqnostika mərkəzləri və s. buna bariz nümunə olduğunu diqqətə çatdırdı.
Digər çıxış edənlər – 9 saylı şəhər poliklinikasının baş həkimi Ziya Bayramlı, Akademik Z.Əliyeva adına Milli Aftolmologiya Mərkəzinin poliklinika şöbəsinin müdiri Aytən Sultanova və Xocəsən Sağlamlıq Mərkəzinin baş həkimi Loğman Əliyev tibb sahəsinə göstərilən qayğıdan məmnun olduqlarını və əhalinin sağlamlığı baxımından üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildirdilər.
Sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov səhiyyə sahəsinə aid olan statistik hesabatlarla bağlı çıxış etdi.
Tədbirin sonunda bayram münasibətilə və səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi mükafatlandırıldı.

Keçidlər