13 Fevral 2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tərəfindən vətəndaş qəbulu keçirildi
5 Fevral 2018-ci il tarixdə keçirilmiş İcra inzibatçılığının gücləndirilməsi haqqında müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tərəfindən vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə, xüsusilə d’ şikayətlərinə baxılması ilə bağlı görülmüş işlər, RİH başçısının aparatında, qəsəbə və sahə icra nümayəndəliklərində, ikili tabeli qurumlarda icra inzibatçılığının gücləndirilməsi, vətəndaş cəmiyyəti institutları ilə aparılan işin aktivləşdirilməsinə, yerlərdə əhalini narahat edən problemlərin həllinə yönəlmiş tədbirlərin gücləndirilməsinə, müxtəlif aidiyyatı qurumlar tərəfindən səyyar görüş və qəbulların keçirilməsi qeyd edilmişdir.13 Fevral 2018-ci il tarixində Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tərəfindən vətəndaş qəbulu keçirilmişdir. Qəbul zamanı vətəndaşları narahat edən problemlər diqqətlə dinlənilmiş, onların həlli məqsədilə aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilmiş, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah edilmiş, vətəndaşların müraciətlərində qaldırıldığı məsələlər nəzarətə götürülmüşdür.