Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu ilin aprel ayında Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı 9 saylı ərazi seçki dairəsinin komissiya üzvləri ilə müşavirə keçirildi
13 fevral 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının iclas zalında bu il aprel ayının 11-də ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə bağlı 9 saylı ərazi seçki dairəsinə daxil olan məntəqə komissiyasının sədrlərinin iştirakı ilə ilə müşavirə keçirilmişdir. Müşavirədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, 9 saylı ərazi seçki dairəsinin sədri Həsən Bayramov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, həmin qəsəbə üzrə icra hakimiyyəti başçısının nümayəndəsi Mübariz Məmmədov iştirak etdilər.
Müşavirədə açıq və qapalı təbliğat-təşviqat yerlərinin müəyyənləşdirilməsi, seçki məntəqələrinin maddi-texniki bazasının gücləndirilməsi, seçki məntəqələrinin ətrafının və məntəqələrə aparan yolların abadlaşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, məlumat lövhələrinin yerləşdirilməsi və Seçki Məcəlləsi ilə Yerli icra hakimiyyətlərinə və bələdiyyələrə həvalə olunmuş digər məsələlərin icra vəziyyəti müzakirə edilmişdir.