Binəqədi rayonunda “Sülh dini – İslam” layihəsinin bağlanış tədbiri və eyniadlı kitabçanın təqdimetmə mərasimi keçirildi
13 fevral 2018-ci il tarixdə Binəqədi rayonu 126 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi, Binəqədi rayonunun fəal gənci Nərmin Məhərrəmovanın “Sülh dini – İslam” layihəsinin bağlanış tədbiri və eyniadlı kitabçanın təqdimetmə mərasimi keçirildi.Tədbiri əvvəlcə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı açaraq ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərin hərtərəfli – daha savadlı, bilikli, yüksək fəallığı ilə seçilən gənc kadrlar olaraq yetişməsi istiqamətində görülən işlərdən danışdı. Gənclərin təşəbbüslərinin dəstəklənməsi məqsədilə yaradılan Gənclər Fondunun fəaliyyətindən bəhs etdi.Tədbirdə çıxış edən “Sülh dini-İslam” layihəsinin rəhbəri Nərmin Məhərrəmova layihənin həyata keçirilməsinin məqsəd və məramından, günümüzdə İslam dininə qarşı aparılan antikampaniyalardan danışdı. Bildirdi ki, İslam dininin əsl mahiyyətinin və sülhpərvər ideyalarının təbliğ edilməsi olduqca vacibdir. O, daha sonra layihəyə göstərdiyi maliyyə dəstəyinə görə Gənclər Fonduna təşəkkürünü bildirdi.Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Samir Yoldaşov Azərbaycanda din siyasətinin uğurla icra olunduğunu diqqətə çatdırdı. Vətəndaşların dini etiqad azadlığının təmin edilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən islahatlardan ətraflı bəhs etdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən söhbət açdı. Diqqətə çatdırdı ki, bəzi qüvələrin İslam dininin mahiyyətindən uzaqlaşaraq İslam dini əleyhinə apardığı qarayaxma kampaniyasına qarşı olaraq bu cür layihələr daim keçirilməli və maarifləndirmə tədbirləri gücləndirilməlidir.Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək ölkəmizdə gənclər proqramlarının uğurla həyata keçirildiyini və gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində keçirilən layihələrdən bəhs etdi. Həmçinin ölkə gənclərinin bu cür layihələrinin mütəmadi olaraq keçirilməsinin vacibliyini önə çəkdi.Tədbirdə 126 nömrəli tam orta məktəbin tarix müəlliməsi Şirincan Məmmədova məruzə ilə çıxış edərək İslam sülh dini olması haqqında, ölkəmizdə dini tolerantlığın, multikulturalizmin inkişafı istiqamətində görülən işlərdən, fərqli dinlərə etiqad edən vətəndaşlarımızın dini azadlıqlarının təmin olunmasından danışdı. Bir sıra faktlarla ölkəmizin müxtəlif regionlarında yerləşən və fəaliyyətinə hər cür şərait yaradılan məscidlər, sinaqoqlar, kilsələr haqqında məlumat verdi.126 nömrəli tam orta məktəbin direktoru Tərminə Əsədova isə çıxışında bu cür layihənin bağlanış tədbirinin məhz rəhbərlik etdiyi məktəbdə keçirilməsindən böyük məmnunluq hissi keçirdiyini və gənclərin düzgün istiqamətdə maarifləndirilməsinə dəstək olduğunu nəzərə çatdırdı.Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində vətəndaşların bütün hüquqlarının, o cümlədən dini azadlıqlarının təmin edildiyini vurğuladı. Ölkəmizdəki ictimai-siyasi sabitlikdən bəhs edərək bunun əslində uğurlu siyasi fəaliyyətinə nəticəsi olduğunu və ictimai-siyasi sabitlik olmadan dini azadlıqların təmin olunmasının mümkünsüzlüyündən danışdı. Həmçinin Binəqədi rayonunda dini maarifləndirici layihələrin mütəmadi olaraq keçirildiyini və bundan sonra da davamlı xarakter alacağını nəzərə çatdırdı.Tədbir gənclərin və tədbir iştirakçılarının iştirakı ilə çay süfrəsi arxasında davam etdirildi.