Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu ilin aprel ayında Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı 8 saylı ərazi seçki dairəsinin komissiya üzvləri ilə müşavirə keçirildi
14 fevral 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının iclas zalında bu il aprel ayının 11-də ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə bağlı 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasına daxil olan seçki məntəqə komissiyası sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, 8 saylı Binəqədi birinci Seçki Dairəsi, Dairə Seçki komissiasının sədri Natiq Əliyev, İcra Hakimiyyəti başçısının 1 və 2 nömrəli Sahə inzibati ərazi dairəsinin nümayəndələri iştirak etdilər.Müşavirədə açıq və qapalı təbliğat-təşviqat yerlərinin müəyyənləşdirilməsi, seçki məntəqələrinin maddi-texniki bazasının gücləndirilməsi, seçki məntəqələrinin ətrafının və məntəqələrə aparan yolların abadlaşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, təbliğat-təşviqat lövhələrinin yerləşdirilməsi və Seçki Məcəlləsi ilə Yerli İcra Hakimiyyətlərinə və bələdiyyələrə həvalə olunmuş digər məsələlərin icra vəziyyəti müzakirə edilmişdir.