Şriftin ölçüsü :

Saytın rəngi :

Seçki məntəqələrinin texniki vəziyyətinə, təbliğat-təşviqat lövhələrinin yerləşdirilməsinə və məntəqələrə aparan yolların abadlaşdırılmasına diqqət yetirildi

15 fevral 2018 | 11:00

15 fevral 2018-ci il tarixində bu il aprel ayının 11-də ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının Xocəsən və  28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə 28 May qəsəbəsində yeni tikilməkdə olan 306 saylı tam orta məktəbə, 329 saylı uşaq bağçasında yerləşən 12 saylı Qaradağ, Binəqədi, Yasamal seçki dairəsinin 22 saylı seçki məntəqəsinə, Xocəsən qəsəbəsində yerləşən həmin dairənin 21, 23 və 24 saylı seçki məntəqələrinə baxış keçirilmişdir.  Baxış zamanı  seçki məntəqələrinin texniki vəziyyətinə,  təbliğat-təşviqat lövhələrinin yerləşdirilməsinə və məntəqələrin ətrafının və məntəqələrə aparan yolların abadlaşdırılmasına diqqət yetirilmişdir.

Keçidlər