Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsində görüş keçirildi

16 fevral 2018 | 11:00

Binəqədi  Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsində görüş keçirilmişdir. Görüşdə Fondun direktoru Hüseyn Kərimov və Fondun əməkdaşları iştirak etmişdir. Görüşdə DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən 2018-ci il ərzində görüləcək işlər və qarşıda duran vəzifələr, həmçinin vətəndaş müraciətlərinə baxılmasının vəziyyəti ətraflı müzakirə olunmuşdur.Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov görüşdə çıxış edərək ötən 2017-ci il ərzində ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlarından danışmış və qeyd etmişdir ki, şöbənin əmək kollektivi qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün səylə çalışmalıdır. Görüşdə DSMF-nun Binəqədi rayon şöbəsində vətəndaşların müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxıldığı, hər bir müraciətin ayrı-ayrılıqda qanunvericiliyin tələbləri nəzərə alınmaqla ətraflı araşdırıldığı bildirilmişdir.

Keçidlər