Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon əhalisinə göstərilən Kommunal xidmətlərin yaxşılaşdılması ilə əlaqədar müşavirə keçirildi

19 fevral 2018 | 11:00

19 fevral 2018-ci il tarixdə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rəhbərliyi ilə rayon əhalisinə göstərilən kommunal xidmətlərin yaxşılaşdırlması mövzusunda müşavirə keçirilmişdir.Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının I müavini İlqar Süleymanov, müavinləri Aygün Əliyeva və Vüsar İsmayılov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Təsərrüfatı şöbəsinin müdiri Qüdsi Bayramov, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi, Mənzil Kommunal İstismar Sahəsinin  rəisləri, xidmət sahəsinin rəhbərləri, bələdiyyə sədrləri, RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etmişlər. RİH başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan abadlıq-quruculuq, həyata keçirilən iri miqyaslı layihələr və eləcə də əldə olunan uğurlu nəaliyyətlər barədə ətraflı məlumat vermişdir.Görülmüş və görülməsi nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədilə başçının müavinləri İlqar Süleymanov, Vüsar İsmayılov, Aygün Əliyeva, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun məlumatları dinlənilmiş və qarşıda duran  vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün RİH başçısı tərəfindən konkret tapşırıqlar verilmişdir.

Keçidlər