Binəqədi rayonun Ağsaqqallar Şurasının növbəti Konfransı keçirildi
20 fevral 2018-ci il tarixdə YAP Binəqədi rayon təşkilatının inzibati binasında Ağsaqqallar Şurasının konfransı keçirildi. Konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Binəqədi Rayon Prokuroru Nazim İmanov, Aparatın şöbə müdirləri, Ağsaqqallar şurasının üzvləri, BRİH başçısı yanında İctimai Şuranın üzvləri, ictimai birliklərin rayon şöbələrinin rəhbərləri, və ASAN könüllüləri iştirak etmişdirlər.Konfransı Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev açıq elan edərək, giriş sözü ilə çıxış etdikdən sonra, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun konfransa sədrlik etməsini təklif etdi. Konfransın sədri seçilmiş Ramiz Göyüşov Konfransa katib seçilməli olduğunu bildirmiş və Şura üzvü Yaqub Vəliyevin konfransın katibinin seçilmişdir. Daha sonra Konfransda Ramiz Göyüşov Konfransın gündəliyini təklif etmiş və qəbul edilmişdir. Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev ötən dövrün hesabatını təqdim etdikdən sonra hesabat ətrafında çıxışçılara yer verildi. BRİH başçısı yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və Biləcəri qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Yaqub Vəliyev ötən dövr ərzində görülən işlər barəsində çıxış etmişdir.Konfransın Gündəliyinə uyğun olaraq müvafiq ardıcıllıqla Binəqədi Rayon Ağsaqqallar Şurasının Şura üzvləri, Təftiş Komissiyasının üzvləri, İdarə Heyətinin üzvləri, Ərazi Ağsaqqallar Şurası İdarə Heyətləti üzvləri və sədrləri səsvermə yolu ilə seçilmişdir. Daha sonra Şura üzvü Aslan Mehdiyev söz alaraq Ağsaqqallar Şurasının sədri vəzifəsinə Akif Rəfiyevin namizədliyini vermiş və fikrini əsaslandırmışdır. Təklif səsə qoyulmuş və qəbul edilmişdir. Konfransın sədri R.Göyüşov seçilən bütün heyəti təbrik edərək, yekun sözü Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova vermişdir. RİH başçısı çıxışında Ağsaqqallar Şurasının seçilən heyətini təbrik etdi və ölkə ağsaqqallarına verilən yüksək qiymətdən bəhs etdi. Xaləddin İsgəndərov ağsaqqallara verilən yüksək qiymətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi. Natiq qeyd etdi ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas hissəsini ziyalılara, ağsaqqallara verilən dəyər və qiymət təşkil edir. Heydər Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Çıxışlardan sonra R.Göyüşov Konfransın işinin tamamlandığını elan etdi.