Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Binəqədi qəsəbə sakinləri ilə görüşdü

22 iyun 2013 | 10:00

2013-cü il  iyunun 21-də Binəqədi qəsəbəsi, 182 saylı məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Binəqədi qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
     Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 158 nəfər rayon sakini iştirak edirdi.
     Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
     Qəsəbə sakinlərindən Mərziyyə Hüseynli, Cavid Məmmədov, Zemfira Əliyeva, Nərminə Şükürova və başqaları çıxış edərək Binəqədi qəsəbəsində gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
     Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər