Bakı Humanitar Kollecinin akt zalında “Narkomaniyaya Son” mövzusunda tədbir keçirildi
Tədbirdə Binəqədi rayon Icra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva, Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram teatrının direktoru İftixar Piriyev, Bakı Humanitar kollecinin təlim tərbiyə işləri üzrə direktor müavini Afaq Əliyeva, Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, Binəqədi RPİ 5-ci bölməsinin sahə müvəkkili Arzu İsmayılov və Bakı Humanitar Kollecinun müəllim və tələbə kollektivi iştirak etmişdirlər.Tədbiri açılış nitqi ilə başlayan Binəqədi rayonu 1 nömrəli SİƏD üzrə nümayəndə Ləman Əliyeva bildirmişdir ki, narkomaniya bəlasının ictimai təhlükəsi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verərək, yoluxucu xəstəlik kimi cəmiyyəti təhdid edir. Gənclərimizin sağlam ruhda böyüməsi üçün hər bir vətəndaş bu bəlaya qarşı mübarizəyə qoşulmalıdır. Dialoq şəklində davam edən tədbirdə İrəvan Azərbaycan Dövlət Dram teatrının direktoru İftixar Piriyev və Bakı Humanitar kollecinin təlim tərbiyə işləri üzrə direktor müavini Afaq Əliyeva yeniyetmələrin zərərli vərdişlərdən-narkomaniyadan qorunması üçün polis - məktəb əlaqələrinin əhəmiyyətindən danışdılar və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırdılar.Sonda Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram teatrının aktyorları tərəfindən Marat Haqverdiyevin "Məhəbbət və ağ ölüm" tamaşası göstərildi.