Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yerləşən 30 nömrəli tam orta məktəbin həyətində rayon iməciliyi keçirildi

24 fevral 2018 | 11:00

Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir parçasıyıq, onun tərkib hissəsiyik. Təbiət bizim ruhumuzun aynasıdır. Binəqədi rayonunda son illərdə gedən  yaşıllaşdırma və bu yaşıllıqların qorunmasında əsas məqsəd xarici və daxili duyğularımızı qorumaq, saflaşdırmaqdan ibarətdir.Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti iməcliklər və ağacəkmə aksiyaları keçirilib. Məlumat üçün bildirək ki, aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Bu aksiyanın Binəqədi rayonunda geniş şəkildə keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli 202 saylı sərəncamı imzalanmışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq aksiyalar rayon ərazisində davam etdirilir. Bu gün Binəqədi rayonunda yerləşən 30 nömrəli tam orta məktəbin həyətində Binəqədi RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəsi, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri, Rayon yaşıllaşdırma idarəsi, məktəbin müəllim və şagird kollektivi və valideynlərin iştirakı ilə  rayon iməciliyi keçirilmişdir. İməcilik zamanı məktəbin həyəti və ətrafı təmizlənmiş və 100-dək sərv ağacı əkilmişdir.Gəlin təbiətin bizi sevdiyi qədər bizim də onu sevdiyimizi göstərmək üçün bu gözəllikləri birlikdə qeydinə qalaq və qoruyaq.

Keçidlər