Xocalı Soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 26 Fevral - Xocalı Soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova Xocalı Soyqırımı haqqında şagirdlərə məlumat verərək, müsabiqənin Xocalı Soyqırımının yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə keçirildiyini qeyd edib. İştirakçılar müsabiqənin Əsasnaməsi ilə tanış edildikdən sonra müsabiqəyə start verilib. Qeyd edək ki, inşalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılıb, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılıb. İnşa yazı müsabiqəsinin nəticəsinə görə 83 №-li məktəb-liseyin 10 b sinif şagirdi Musayeva Lalə Rasim qızı I yerə, 314 №-li tam orta məktəbin 10 b sinif şagirdi Nəsibli Səbinə Neman qızı II yerə, 297 №-li tam orta məktəbin 9 d sinif şagirdi Bağırzadə Aynur İlham qızı III yerə layiq görülub.