Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında və Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirildi.

24 fevral 2018 | 11:00

24 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında və Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirildi.Görüş zamanı Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin adından başsağlığı verildi. Sakinlərin problemləri dinlənildi, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlərin görüləcəyi bildirildi.Xocalı soyqırımında həm fiziki, həm də mənəvi terrora məruz qalmış insanlarla görüş zamanı onlar mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunduqları qeyd edildi, erməni qəsbkarlarının törətdiyi bu soyqırıma məhz Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini vurğulandı. Xocalılılar onlara göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər