Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində səhiyyə müəssisələrinin rəhbərləri ilə görüş keçirildi

22 fevral 2018 | 11:00

22 fevral 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının konfrans zalında  səhiyyə müəssisələri ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısının  müavini  Aygün Əliyeva,  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Seymur Hacıyev və rayonda fəaliyyət göstərən səhiyyə  müəssisələrinin rəhbərləri  iştirak etmişdir. RİH başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan abadlıq-quruculuq, həyata keçirilən iri miqyaslı layihələr və eləcə də səhiyyə sahəsində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Xaləddin İsgəndərov bu sahədə əldə olunan nailiyyətlərdən danışaraq bildirmişdir ki, bu gün Respublikamızın hər yerində olduğu kimi Binəqədi rayonunda da sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyə sahəsinin inkişafına müsbət təsir göstərib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı sosial yönümlü siyasətin məntiqi nəticəsi olaraq son illər ərzində səhiyyənin inkişafı istiqamətində geniş miqyaslı tədbirlərlərin həyata keçirilməsi qeyd edilmişdir.Natiq eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2018-ci ilin fevral ayının 12-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlandığını və bu aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradıldığını bildirərək ötən dövr ərzində 17844 nəfər tibbi müayinədən keçdiyini qeyd etmişdir.
Daha sonra RİH başçısının müavinləri İlqar Süleymanov və Aygün Əliyeva, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov  əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu və  bu sahədə çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər irəli sürdülər. Görüşdə səhiyyə müəssisələrin rəhbərləri  çıxış edərək bütövlükdə ötən ildə rayonda görülən işləri, ölkə rəhbərinin diqqət və qayğısını yüksək qiymətləndirmiş və səhiyyə sahəsində həlli vacib olan bir sıra məsələlərlə bağlı təklif və müraciətlərini bildirmişlər.

Keçidlər