Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayonunun ictimaiyyəti fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.

26 fevral 2018 | 11:00

Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.
Azərbaycan paytaxtının minlərlə sakini kimi Binəqədi rayonunun ictimaiyyəti də fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək Xocalı şəhidlərinin xatirəsini anmışdırlar. Anım mərasimində Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, başçının müavini Aygün Əliyeva, aparatın məsul işçiləri, idarə və müəssisələrin rəhbərləri, rayon gəncləri, YAP fəalları, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 1700-ə yaxın insan iştirak edib

Keçidlər