Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyyənin Kayseri şəhərində səfərdə olan gənclərlə görüş keçirildi.

24 fevral 2018 | 11:00

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və layihə iştirakçısı olan gənclər iştirak etmişlər.
Görüş zamanı gənclər səfər təəssüratlarını bölüşmüş, belə bir layihənin iştirakçısı olmaqdan məmnun olduqlarını bildirmişlər. Eyni zamanda öz təklif və arzularını dilə gətirmişlər.
Gəncləri diqqətlə dinləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı onlara təhsildə və işlərində uğurlar arzulamış, tövsiyələrini vermişdir. Ölkəmizdə, o cümlədən Binəqədi Rayonunda reallaşdırılan böyük layihələrdə, aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak etməyin vacibliyini nəzərə çatdırmışdır.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.-ci maddəsinin (Gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi) icrası, iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərinin gələcək nəsillərə sağlam şəkildə çatdırılması, gənclərimiz arasında dialoqun inkişaf etdirilməsi, gənclər siyasəti sahəsində görülən işlərlə bağlı fikir mübadiləsinin aparılması və gələcəkdə birlikdə həyata keçiriləcək layihələrin müzakirə edilməsidir.
Qeyd etmək isdərdik ki, layihənin 20-27 noyabr 2017-ci il tarixlərdə baş tutan birinci mərhələsində Kayseri Gənclik Mərkəzinin rəhbərliyi də daxil olmaqla, ümumilikdə 15 nəfərdən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.

Keçidlər