Şriftin ölçüsü :

Saytın rəngi :

26 Fevral - Xocalı Soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş inşa yazı və rəsm müsabiqələri qaliblərinin təltifedilmə mərasimi keçirilmişdir.

27 fevral 2018 | 11:00

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rəis müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, rayon orta ümumtəhsil məktəblərinin nümayəndələri və müsabiqə qalibləri iştirak etmişlər.
Tədbirdə əvvəlcə 102 №-li tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış və Xocalı Soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonra çıxış edən natiqlər: Elnur Məmmədov, Sevinc Abdullayeva və Elvin Aslanov Xocalı soyqırımının mahiyyəti haqqında məlumat verərək, yeniyetmə və gənclərin vətənpərvər və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd etdilər. Bildirildi ki, ermənilərin insanlıq əleyhinə törətdikləri Xocalı soyqırımının bütün dünyada tanıdılmasına nail olmaq üçün hər bir vətəndaş, o cümlədən məktəblilər səylə çalışmalıdırlar. 
Tədbirin yekununda müsabiqə qalibləri diplom və xatirə hədiyyələri ilə təltif edildilər.

Keçidlər