Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində Rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi.

27 fevral 2018 | 11:00

27 fevral 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin konfrans zalında rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Vüsar İsmayılov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev və rayonda fəaliyyət göstərən iri müəssisələrin rəhbərləri iştirak etmişdir.
RİH başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan abadlıq-quruculuq, həyata keçirilən iri miqyaslı layihələr barədə ətraflı məlumat vermişdir. Natiq sahibkarlığın inkişafında əldə olunan nailiyyətlərdən danışaraq bildirmişdir ki, bu gün Respublikamızın hər yerində olduğu kimi Binəqədi rayonunda da sürətli iqtisadi inkişaf bütün sosial sahələrin inkişafına müsbət təsir göstərib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı sosial-iqtisadi yönümlü siyasətin məntiqi nəticəsi olaraq son illər ərzində sahibkarlığın inkişafı istiqamətində geniş miqyaslı tədbirlərlərin həyata keçirilməsi qeyd edilmişdir. Xaləddin İsgəndərov rayona yerli və xarici investisiyaların cəlb edilməsi məsələsinin vacibliyini xüsusilə qeyd edərək bu istiqamətdə müvafiq işlərin aparıldığını bildirmişdir. Görüşdə müəssisələrin fəaliyyət prosesində rastlaşdıqları problemlərlə əlaqədar ətraflı müzakirələr aparıldı.
Daha sonra RİH başçısının müavini Vüsar İsmayılov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov sahibkarlara göstərilən qayğının artırılması istiqamətində aparılmış islahatarın xüsusi rolu olduğunu qeyd etdilər və bu sahədə çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər irəli sürdülər. Görüşdə müəssisə rəhbərləri çıxış edərək bütövlükdə ötən ildə rayonda görülən işləri, ölkə rəhbərinin diqqət və qayğısını yüksək qiymətləndirmiş və sahibkarlıq sahəsində həlli vacib olan bir sıra məsələlərlə bağlı təklif və müraciətlərini bildirmişlər.

Keçidlər