Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd edildi

26 iyun 2013 | 10:00

25 iyun 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirildi.
Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutu və Dövlət Himninin canlı ifası ilə başlanan tədbirdə məruzə ilə çıxış edən hərbi hissə komandiri polkovnik Vurğun Abbasov 95 illik bir tarixə malik Azərbaycan ordusunun bu gün Cənubi Qafqaz regionunun ən qüdrətli və yüksək döyüş hazırlığına malik bir ordu olduğunu diqqətə çatdırdı və  yaradılan şəraitə görə Ali Baş Komandan cənab İlham Əliyevə bütün şəxsi heyət adından minnətdar olduqlarını bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin  başçısı cənab Xaləddin İsgəndərov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan ordusunun keçdiyi inkişaf yolu və cənab Prezident İlham Əliyevin ordumuza olan diqqət və qayğısından, əldə olunan nailiyyətlərdən bəhs etdi. O, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ən qısa müddətdə işğal olunmuş torpaqlarımızın azad olunacağına bütün xalqımızın əmin olduğunu qeyd etdi.
Daha sonra rayon ərazisində yerləşən hərbi hissələrdə qulluq edən bir qrup əsgər və zabitlər hərbi xidmətdə fərqləndiyinə görə Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri və Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif edildilər.
Rəsmi hissədən sonra tanınmış incəsənət nümayəndələri əsgərlər qarşısında konsert proqramı ilə çıxış etdilər.

Keçidlər