Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş tədbir keçirildi.

01 mart 2018 | 11:00

1 mart tarixində Binəqədi rayonu 248 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti və FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin təşkilatçılğı ilə “Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov,  Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, RİH Başçısının 1 saylı SİƏD üzrə nümayəndəsi Ləman Əliyeva, Binəqədi rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin rəisi İsrafil Məmmədov, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Təcili tibbi yardım stansiyasının əməkdaşları, eləcə də 7, 8-ci mikrorayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbiri giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışdı, baş verən yanğın faciələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğuladı.
Tədbir zamanı “Yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, “Yanğın zamanı ilkin tibbi yardım” mövzuları ətrafında təlimlər nümayiş etdirilmişdir.

 

Keçidlər