Binəqədi məktəbliləri “Mən Azərbaycanlıyam - milli bilik yarışması”nda iştirak etmişdir
05 mart 2018 | 11:00
05 mart 2018-ci il tarixində Cəfər Cabbarlı adına kinostudiyada “Mən Azərbaycanlıyam - milli bilik yarışması”nın Vlll mövsümünün növbəti çəkilişində Binəqədi rayonunun komandası iştirak etmişdir.Yarışmada rayonun 3, 83, 144, 179, 217, 244, 246, 267, 283, 299 nömrəli məktəblərinin təhsildə fərqlənən şagirdləri maraqlı oyun nümayiş etdirmişlər. 246 №-li məktəb-liseyin 11-ci sinif şagirdi Aytac Mustafayeva yarışmanın qalibi olaraq, növbəti mərhələdə iştirak hüququ qazanmışdır.Qeyd edək ki, Vlll mövsüm “Mən Azərbaycanlıyam - milli bilik yarışması”nda Respublika Çempionatıdır. Yarış 25 mart 2018-ci il tarixində saat 19:00-da Azərbaycan Televiziyasında (AzTV) yayımlanacaq.