Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında həftəlik məlumat
Həftə ərzində (24-29 iyun) rayon ərazisində ümumilikdə 66 ünvanda su borusunda təmir işləri aparılıb, 144 p/m su xətti dəyişdirilib.
132 ünvanda kanalizasiya şəbəkəsində axıntının qarşısı alınıb, 25 p/m kanalizasiya xətti, 3 ədəd lük dəyişdirilib.
TM-21-TM-18 arası 6kv-luq XLPE kabel xəttində ucluq muftalar qoyulub, KTM-156-da zədələnmiş 0,4kv-luq SİP kabeli bərpa edilib, TUSM rabitə idarəsinin 0,4 kv-luq kabel xətti şəbəkəyə qoşulub.
Binəqədi QİS ərazisində 1376 p/m qaz xətti çəkilib, 246 ədəd Smartkart tipli sayğac quraşdırılıb. 3 saylı istilik məntəqəsindən 1q və 4 saylı binalara d-57 mm 24 m,d-159 mm 112 m boru çəkilib. 8-ci mikrorayon 71 a,v,q və Naxçıvani 5 saylı binalarin istilik sistemində 10 ədəd siyirtmə təmir edilib. Qazanxanalarda d-80 və d-25 mm 7 ədəd siyirtmə təmir edilib.
M.Cəlal 33, 55, 113,143,139 və 145 saylı binaların istilik xəttində 22 ədəd siyirtmə, 221,231,220 və 536 saylı qazanxanalarda 9 ədəd siyirtmə təmir edilib.
270, 273, 274 və 275 saylı qazanxananın istilik xəttində payız-qış mövsümünə hazırlıqla bağlı təmir işləri aparılıb.
7-ci və 8-ci mikrorayon ərazilərində binaların 118 girişlərində təmir işləri davam etdirilir.
16 p/m kanalizasiya və 14 p/ m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Rəsulzadə qəsəbəsində Hacıbababəyov 2, 3, 4 və Naxçıvani 33 b ünvanlarında paylayıcı şitlər yenisi ilə əvəz olunub.