Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri ilə görüş keçirildi.

10 mart 2018 | 11:00

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının iclas zalında “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri ilə görüş keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsələhətçiləri Elnur Məmmədov, Kənan Kərimov, tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri iştirak etmişdirlər. Görüşdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd etdi ki, artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalarnda iştirak edir. Natiq söylədi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Aygün Əliyeva bildirdi ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Məlumat üçün bildiririk ki, tur – aksiya çərçivəsində Binəqədi rayonunun şagirdləri mart ayının 15- də Naxçıvan Muxtar Respublikasına yola düşəcəklər.
Daha sonra tur aksiyada iştirak edəcək şagirdlərin valideynləri layihəyə görə Ölkə başçısına öz təşəkkürlərini bildirdilər. Qrup rəhbərləri səfərin proqramı və təşkilati məsələlərlə bağlı şagirdlərin suallarını cavablandırdılar.

Keçidlər