Binəqədi Rayonunda Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlər ilə “Yel çərşənbəsi” qeyd edildi.
Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyini özündə əks etdirən bu bayram münasibətilə martın 13-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə “Yel çərşənbəsi”-ni 2 saylı Evtikmə Kombinatının istirahət zonasında və Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə birlikdə qeyd etdi. Tədbirdə Qaçqınların və Məcburi Köckünlərin işləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon sektorunun müdiri Abuş Məmmədov, Binəqədi RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, bələdiyyə müavinləri və kollektivi iştirak etmişdir. Keçirilən şənlikdə Novruzun personajları olan Kosa və Keçəl məzəli əhvalatlarından ibarət kompozisiyalar nümayiş olundu.