Binəqədi rayonunda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edildi.
13 mart 2018-ci il tarixində "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edildi.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin könüllülər üzrə koordinatoru Tural Hümbətov, könüllü gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov gəncləri salamlayaraq, onları Yel çərşənbəsi münasibətilə təbrik etdi. Sonra Fəsli Nəbiyev və Tural Hümbətov könüllülərə ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan ümumxalq bayramı münasibətilə xoş arzularını bildirdilər.
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınan, dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlı olan Yel çərşənbəsinə həsr olunmuş tədbir musiqili proqramla davam etdirildi, bayram tonqalı qalandı.