Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Novruz: Ənənə və Müasirlik” mövzusunda “Məlumat saatı” keçirildi.

15 mart 2018 | 11:00

15 mart tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Novruz: Ənənə və Müasirlik” mövzusunda “Məlumat saatı” keçirildi.  Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın “Mərasim folkloru” şöbəsinin rəhbəri Ağaverdi Xəlilov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun əməkdaşı Elvin Hətəmov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, RİH başçısının SİƏD və QİƏD üzrə nümayəndələri, YAP fəalları və ASAN könüllüləri iştirak etmişlər. Ağaverdi Xəlilov “Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda paremioloji vahidlərin struktur-semantik təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, “Oğuz eposunda ritual və janrın struktur tipologiyası” mövzusunda doktorluq dissertasiyası yazmışdır. 2001-2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “İntellekt-nəzəri eksperimental laboratoriyası”nın, 2003-2006-cı illərdə AMEA Folklor İnstitutunda “Folklor laboratoriyası”nın, 2007-2011-ci illərdə “Folklor nəzəriyyəsi” şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən “Mərasim folkloru” şöbəsinə rəhbərlik edir. Tədbiri Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov açaraq dosent Ağaverdi Xəlilova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür etdi. Sonra məruzə ilə çıxış etmək üçün söz məruzəçi A.Xəlilova verildi. Filologiya elmləri doktoru A.Xəlilov Novruz bayramının tarixi və qədimi ritualları barədə audoriyaya geniş məlumat verdi. O bildirdi ki, Novruz artıq beynəlxalq bir bayrama çevrilmişdir və qədim ənənələr məxsusdur. Milli bayramımız Novruz təbiətin oyanışını, yazın gəlişini bildirən bayram olmaqla yanaşı, insanların həyatına nikbin əhval bəxş edən bayramdır. Sonda məruzəçi əlavə etdi ki, minilliklər tarixi yaşı olmasına baxmayaraq, Novruz bayramının ənənələri bugün də araşdırılır, öyrənilir və gələcək nəsillərə ötürülür.

Keçidlər