Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi rayon məktəblilərinin Naxçıvan Muxtar Respublikasına səfəri
"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfər edən Binəqədi rayon məktəbliləri martın 15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna yola salınıb. Yolasalmada Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov iştirak etmişdirlər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yolasalma mərasimi bədii hissə ilə davam edib. Şagirdləri yola salan Bahar qızı, Kosa, Keçəl və rəqqas qrupları onlarda xoş əhvali-ruhiyyə yaradıblar.
15 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola düşən Binəqədi məktəblilərinin səfəri uğurla başlayıb.
İlk gündə şagirdlər Ulu Öndər Heydər Əliyevin abidəsi, Heydər Əliyev Mərkəzi, Naxçıvan Dövlət Xalça Muzeyi və “Xan Sarayı” Dövlət Tarixi-Memarlıq Kompleksi ilə tanış oldular. Daha sonra Naxçıvan şəhəri haqqında şagirdlərə geniş məlumat verilmiş və günün sonunda şagirdlər asudə vaxtını idman oyunları ilə başa vurmuşdular. Növbəti günlərdə Binəqədidən olan şagirdlər Culfa və Ordubad rayonlarında oldular. Şagirdlərə qədim tarixə malik olan Culfa və Ordubad haqqında geniş məlumat verildi. Tur-aksiya iştirakçıları Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində eyni adlı dağın zirvəsində olan tarixi memarlıq abidəsi ilə yaxından tanış oldular. Həmçinin Ordubad Rayon Tarix- Diyarşünaslıq Muzeyi, M.S.Ordubadinin və Y.Məmmədəliyevin Ev Muzeylərində olan şagirdlərə geniş məlumat verildi.
18 mart tarixində “Ölkəmizi tanıyaq” layihəsinin birinci mərhələsi başa çatdı. Naxçıvan Muxtar Respublikasına 4 günlük səfər edən Binəqədi məktəbliləri Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli surətdə qarşılandı.
Gənclər Azərbaycan Dövlət Televiziyasına müsahibə verdi və onları qarşılayan Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon İdman və Gənclər İdarəsinin əməkdaşları ilə layihə barədə xoş təəssüratlarını bölüşdülər. Binəqədi məktəbliləri bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirdilər.
Hava limanından Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkına gələn məktəblilər burada valideynləri və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən qarşılandılar və onlarla birgə xatirə şəkli çəkildi.