Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Novruz bayramı münasibətilə təbriki

21 mart 2018 | 11:00

Hörmətli həmvətənlər!
Əziz Binəqədililər!
Sizi tarixi minillərlə ölçülən və milli adət-ənənələrimizdə özünəməxsus yeri olan Novruz bayramının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, səadət, bahar təravətli günlər arzu edirəm.
Adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində Ümummilli Liderimiz Heydər Əliyevin fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında dövlət və milli bayramlarımız, xüsusilə Novruz bayramımız ildən ilə daha yüksək təmtəraqla qeyd edilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə adət-ənənələrimizi və milli mənəvi dəyərlərimizi özündə əks etdirən və öz orijinallığı ilə seçilən Novruz bayramımız 30 sentyabr 2009-cu il tarixdə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu il tarixdə isə BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Azərbaycan xalqının adət-ənənələrini, milli xüsusiyyətlərini özündə əks etdirən, xalqımızın illər boyu qoruyub saxladığı, milli-mənəvi dəyərlərimizin ən gözəl nümunələrindən biri olan Novruz bayramı respublikamızın bütün bölgələrində olduğu kimi Binəqədi rayonunda da yüksək əhval-ruhiyyədə və təntənə ilə keçirilir.
Əziz Binəqədililər,
Sizləri bir daha Novruz bayramı münasibətilə təbrik edirəm, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən ölkəmizdə qoy bu bahar nəfəsli el bayramı ömrünüzə, ailənizə, əmin-amanlıq, xoşbəxtlik, gözəl əhval-ruhiyyə bəxş etsin. Bayramınız mübarək!

Hörmətlə,
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
Xaləddin İsgəndərov

Keçidlər