Şriftin ölçüsü :

Saytın rəngi :

16 mart 2018-ci il tarixdə Era tam orta ümumtəhsil məktəbində Novruz bayramı qeyd edildi.

16 mart 2018 | 11:00

16 mart 2018-ci il tarixdə Era tam orta ümumtəhsil məktəbində Novruz bayramı qeyd edildi. Bayram şənliyində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, məktəbin rəhbərliyi, valideynlər, müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbirin aparıcıları milli bayramımız olan Novruzun minilliklərin sınağından keçərək bu gün əsl birlik bayramına çevrildiyini və ümumxalq bayramı kimi hər il böyük təntənə ilə qeyd edildiyini bildirmişlər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Novruz bayramı münasibətilə məktəbin kollektivini, şagirdləri və valideynləri səmimi qəlbdən təbrik edib, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq arzulayıb. Ulu öndər Heydər Əliyevin bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları, Prezident cənab İlham Əliyevin hər il Novruz şənliklərində iştirak etməsi, xalqımıza təbrik ünvanlamasını diqqətə çatdırmış, Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı bu ən əziz günün Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzu etmişdir.
Sonra məktəbin təsisçisi Pərvanə Səfərova tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişdir.
Məktəbin foyesində və səhnədə şagirdlərin hazırladığı Novruz bayramının atributları olan baharın gəlişini müjdə verən səmənilər düzülmüş, ətraflarında şamlar yandırılmış, şirniyyat xonçaları sərgilənmişdi. Təşkil olunmuş tədbirdə uşaqların ifasında şeirlər, mahnılar səslənmiş, musiqi nömrələri ifa olunmuşdur.

Keçidlər