Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin yaranmasının 99-cu ildönümü və 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirildi.

28 mart 2018 | 11:00

28 mart tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümü və 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon Məhkəməsinin sədri Araz Kazımov, Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Rayon Prokuroru Nazim İmanov, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Polad Abdullayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmət Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov və Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon İdarəsinin 9 nəfər əməkdaşı iştirak etmişdir.
Tədbiri BRİH başçısı Xaləddin İsgəndərov açıq elan edərək və tədbirin məqsədi barədə iştirakçılara məlumat vermişdir. O bildirmişdir ki, 1950-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladı. Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təsisatlardan əsirgəməmişdir. Müstəqillik qazandıqdan sonra isə Azərbaycan Dövləti bu istiqamətdə daha böyük nailiyyətlər əldə etmişdir. Məhz Ulu öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Daha sonra söz çıxışlara verilmişdir. Çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Polad Abdullayev, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Binəqədi Rayon Prokuroru Nazim İmanov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmət Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov təhlükəsiz orqanları əməkdaşlarının çox məsuliyyətli, eyni zamanda şərəfli işlə məşğul olduqlarını bildirdilər və peşə bayramları münasibətilə bütün əməkdaşları təbrik etdilər.
Çıxışlar bitdikdən sonra Dövlət təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümü münasibəti ilə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi Rayon İdarəsinin əməkdaşlarının rayonun ictimai-siyasi həyatında fəal iştirakını nəzərə alaraq bir qrup şəxs Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif edildilər. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mükafatçılara təltifləri təqdim etdi.

Keçidlər