Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olundu
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, martın 28-də Binəqədi Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Binəqədi rayonunun və Bilik Fondunun nümayəndə heyəti, Rayon Gənclər və İdman İdarəsinin və YAP Binəqədi rayon təşkilatının gənc fəalları, İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.Ziyarət zamanı kompleksin yaradılma tarixi ilə bağlı bildirilmişdir ki, 1918-ci ildə ermənilərin törətdiyi soyqırım faktı tarixdən bəlli olsa da, məzarlıq 2007-ci ildə şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən aşkar edilib. Qubada tapılan kütləvi məzarlığın ermənilərin 100 il əvvəl törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.Gənclərə 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında imzaladığı Sərəncam barəsində məlumat verilib və vurğulanıb ki, sənəd erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.Ziyarətdən sonra Kompleksin Muzeyində “Azərbaycanlıların soyqırımı: tarix və bu gün” mövzusunda konfrans keçirilib. Konfransda Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova, Bilik Fondunun sektor müdiri Hacı Abdulla çıxış edərək ermənilər tərəfindən düşünülmüş şəkildə həyata keçirilmiş qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə yeksan edildiyini, minlərlə azərbaycanlının böyük qəddarlıqla qətlə yetirildiyini bildirdilər. Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov çıxışında ermənilərin öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə etdiklərini qeyd etdi. Natiq qeyd etdi ki, 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirilmişdir. 26 mart 1998-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən soyqırım hadisələrinə siyasi qiymət verilərək “Azərbaycanlıların soyqırımı haqqqında” Fərman imzalanaraq 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmuşdur. Sonda gənclərin müvzu ilə bağlı sualları cavablandırıldı.