Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Azərbaycanlıların soyqırımı: Yüzillik tarixə baxış” mövzusunda “Məlumat saatı” keçirildi.

29 mart 2018 | 11:00

29 mart tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Azərbaycanlıların soyqırımı: Yüzillik tarixə baxış” mövzusunda “Məlumat saatı” keçirildi. “Məlumat saatı”nda Rayon İcra Hakimiyyəti başçısnın müavini Aygün Əliyeva, Tarix elmləri doktoru, professor Anar İsgəndərov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, RİH başçısının QIƏD və SİƏD üzrə nümayəndələri, ASAN könüllüləri və YAP fəalları iştirak etmişlər. Tədbiri Rayon İcra Hakimiyyəti başçısnın müavini Aygün Əliyeva açaraq professor Anar İsgəndərova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür etdi. Giriş sözü ilə çıxış edən müavin A.Əliyeva qeyd etdi ki, məhz Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Soyqırım qurbanlarını anmaq üçün  ziyarət etdiyimiz Quba Soyqırım Memorial Kompleksi isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı əsasında inşa edilmişdir. Sonra məruzə ilə çıxış etmək üçün söz məruzəçiyə verildi. Anar İsgəndərov azərbaycanlıların soyqırım tarixi və onun ən dəhşətli nümunəsi olan 1918-ci il mart soyqırımı barədə audoriyaya geniş məlumat verdi. O bildirdi ki, erməni terrorçularının və onların havadarlarının azərbaycalılara və ümumən türklərə qarşı yürütdüyü soyqırım siyasəti yalnız XX əsrdəki əməlləri ilə məhdudlaşmır. Erməni qəsbkarları hələ XIX əsrdə də, Xanlıqlar dövründə də qətliamlar törətmiş, əliyalın insanların ölümlərinə səbəb olmuşlar. Sonda məruzəçi əlavə etdi ki, soyqırımdan bir əsr keçməsinə baxmayaraq həmin hadisələr hələ də tədqiq edilir, öyrənilir. 1918-ci il mart soyqırımı haqqında yetərincə kitablar çap edilmiş, tədqiqat işləri aparılmışdır. Bu vəsaitləri və məlumatları qoruyub gələcək nəsillərə ötürmək bizim borcumuzdur.Tədbirin sonunda auditoriyanın sualları cavablandırıldı.

 

Keçidlər