Şriftin ölçüsü :

Saytın rəngi :

30 mart 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun iştirakı ilə RİH başçısının aparatında “İcra inzibatçılığının gücləndirilməsi” mövzusunda müşavirə keçirildi.

30 mart 2018 | 11:00

Müşavirəni giriş sözü ilə açan RİH başçısı Xaləddin İsgəndərov son illər və 2017-ci ildə RİH başçısı aparatında və tabeli qurumlarda İcra inzibatçılığının təkmilləşdirilməsi və icra intizamına əməl olunması sahəsində görülən işlərdən danışmışdır. Xaləddin İsgəndərov yekun nitqində icra inzibatçılığında mövcud olan nöqsan və çatışmazlıqlardan danışmışdır. RIH başçısı qeyd etmişdir ki, aparatda və tabeli qurumlarda verilmiş tapşırıqların, imzalanmış sərəncamların icra vəziyyətinə nəzarətin gücləndirilməsinə,vətəndaş müraciətlərinə baxılması, səyyar görüş və qəbulların, rəhbər şəxslərin qəbul günlərinin keçirilməsi işinin təkmilləşdirilməsinə, rayon əhalisinə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılmasına, ictimai nəzarətin gücləndirilməsinə, ictimai aktiv əhali ilə ictimai birliklərlə, vətəndaş cəmiyyəti institutları ilə aparılan işin aktivləşdirilməsinə, yerlərdə əhalini narahat edən problemlərin həllinə yönəlmiş tədbirlərin gücləndirilməsinə, müxtəlif aidiyyatı qurumlar tərəfindən səyyar görüş və qəbulların keçirilməsinə, məmur vətəndaş münasibətlərində etik norma və qaydalara ciddi əməl olunmasının təmin edilməsinə, RİH başçısı aparatında və tabeli qurumlarda əməkdaşların icra intizamına görə məsuliyyətlərinin artırılmasına ehtiyac vardır. Sonda müşavirədə qaldırılan məsələlərin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər