Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Postneft dövründə iqtisadi islahatlar: Çağırışlar və perspektivlər” mövzusunda “Məlumat saatı” keçirildi

05 aprel 2018 | 11:00

5 aprel tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Postneft dövründə iqtisadi islahatlar: Çağırışlar və perspektivlər” mövzusunda “Məlumat saatı” keçirildi. “Məlumat saatı”nda Rayon İcra Hakimiyyəti başçısnın müavini Aygün Əliyeva, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, İqtisad elmləri üzrə fəlsəfə doktoru, professor Vüqar Bayramov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Gənclər və İdman İdarəsinin rəisi, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, RİH başçısının QİƏD və SİƏD üzrə nümayəndələri, ASAN könüllüləri və YAP fəalları iştirak etmişlər.
Vüqar Bayramov “İqtisadi və Sosial İnkişaf Mərkəzi”nin İdarə Heyətinın sədri, İqtisad elmləri üzrə fəlsəfə doktorudur. V.Bayramov  2003-2004 cü illərdə Amerikada St.Louis şəhərinin Vaşinqton universitinin İqtisadiyyat fakültəsində çalışıb. O dünyanın əksər ölkələrində, ABŞ, İngiltərə,Fransa,Yaponiya, Kanada, Hindistan, Rusiya təşkil edilən bir çox beynəlxalq tədbirlərdə mütəmadi olaraq dəvət alır. V.Bayramov Azərbaycan Dövlət İqtisadiyyat Universitetində İqtisadiyyat, Dövlət Maliyyəsi, Beynəlxalq Maliyyə üzrə mühazirələr oxuyur. 
Tədbiri Rayon İcra Hakimiyyəti başçısnın müavini Aygün Əliyeva açaraq, dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından qonaqlara təşəkkür etdi. Giriş sözü ilə çıxış edən müavin A.Əliyeva qeyd etdi ki, məhz Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə iqtisadi vəziyyət stabilləşdi və iqtisadi islahatlar aparılmağa başladı. Cənab Prezident İlham Əliyevin qətiyyəti ilə bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada ilk yerlərdən birini tutur.
Növbəti çıxış etmək üçün söz Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyevə verildi. İ.Vəliyev qeyd etdi ki, 90-cı illərin əvvəllərində ölkəmiz iqtisadi cəhətdən böhran dövrünü yaşayırdı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bugün iqtisadiyyatımız Azərbaycan vətəndaşınan sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Daha sonra mövzu ətrafında mühazirə ilə çıxış etmək üçün söz iqtisadçı-ekspert Vüqar Bayramova verildi. Natiq bildirmişdir ki, ölkə iqtisadiyyatı 2014-cü ildən artıq yeni Postneft adlanan yeni bir mərhələyə qədəm qoymuşdur və neft sənayesi olan ölkələr arasında Azərbaycan ilk ölkədir ki, postneft iqtisadi yolunu elan etmişdir. Bundan əlavə, 2016-cı ildə ölkə başçısı tərəfindən imzalanan “Strateji Yol Xətirəsi” gələcəkdə Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına və qeyri-neft sektorunun daha da şaxələnməsinə təkan verəcəkdir.
Tədbirin sonunda auditoriyanın sualları cavablandırıldı.

Keçidlər