Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə və Firidin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 60 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Kitabın Sehirli dünyası” mövzusunda tədbir keçirildi

22 aprel 2025 | 18:52

22 aprel 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Firidun Köçərli adına Respublika Uşaq Kitabxanası və H.Hüseynov adına 83 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə "23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə və Firidin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 60 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Kitabın Sehirli dünyası” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı, suvenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi Leyla Quliyeva, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, 83 №-li tam orta məktəbin direktoru Almaz Bayramova, məktəbin pedaqoji heyəti, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbirdə 83 № li məktəb-liseyin direktoru Almaz Bayramova qonaqları salamlayaraq,  23 Aprel-“Beynəlxalq Kitab və Müəlliflik Hüquqları Günü” haqqında məlumat verərək, kitabların, mütaliənin  insan həyatında rolundan söhbət açdı. 

Tədbirdə çıxış edənlər - Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qeyd etdilər ki, kitab bəşər mədəniyyətinin inkişafında mühüm rol oynayan ən böyük kəşflərdən biridir. Kitabın insan həyatına daxil olması, kitabların çoxalması həm də müəlliflik hüququnun yaranması zərurətini meydana gətirmişdir. Kitab və kitab mütaliəsinin önəmini nəzərə alaraq, "23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüquqları Günü” elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” deyimini xatırladan natiqlər kitaba belə dahiyanə dəyər verən dahi şəxsiyyətin öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabın Milli Kitabxanaya bağışlamasından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəmiyyətimizin savadlı olması üçün elmə və təhsilə göstərdiyi diqqət və qayğıdan, respublikada fəaliyyət göstərən kitabxanaların əhəmiyyətindən danışdılar.

Tədbir zamanı şagirdlər kitabların, elmin və təhsilin  insan həyatının,  dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətini təqdim  etdikləri səhnəciklər, şeirlər, rəqslər, mahnılar vasitəsilə nümayiş etdirdilər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin kitablara olan meyil və maraqlarının artırılması, mütaliyənin insan dünyagörüşünün, nitqinin  formalaşmasında mühüm əhəmiyyəti haqqında məlumatlılıq səviyyəsinin artırılması olmuşdur.

Keçidlər