Şriftin ölçüsü :

Saytın rəngi :

22 dekabr 2023-cü il tarixində Xocəsən qəsəbəsində 8-ci sinif şagirdləri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş mini-futbol üzrə Binəqədi rayon turniri keçirildi

22 dekabr 2023 | 20:26

Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Atıcılıq Mərkəzinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 22 dekabr 2023-cü il tarixində Xocəsən qəsəbəsində “Sağlam məhəllə” idman zonasında “Heydər Əliyev İli”nə həsr olunmuş 8-ci sinif şagirdləri arasında mini-futbol üzrə Binəqədi rayon turniri keçirildi.    

Turnirdə 8 məktəbdən ümumilikdə 96 idmançı mübarizə aparıb. Turnirinin nəticəsinə əsasən 1-ci yeri 284 №-li tam orta məktəbin komandası, 2-ci yeri 217 №-li tam orta məktəbin komandası, 3-cü yeri 103 №-li tam orta məktəbin komandası tutdu.

Sonda qaliblərə mükafatlar verildi.

Keçidlər