Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul 2024-cü il tarixində 1-ci Qarabağ şəhidi İmanov Rövşən Nadir oğlunun ildönümü ilə əlaqədar qəbirüstü abidəsi ziyarət olundu

23 iyul 2024 | 15:56

22 iyul 2024-cü il tarixində 1-ci Qarabağ şəhidi İmanov Rövşən Nadir oğlunun ildönümü (32-ci) ilə əlaqədar qəbirüstü abidəsi ziyarət olundu.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Füzuli Mehrabzadə və digərləri iştirak edirdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər