22 iyun 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi
22 iyun 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq metrosunun üzərində yerləşən parkın (Azadlıq prospektindən S.S.Axundov küçəsinə düşən hissədə) kənarındakı piyada səkilərinə mane olan ağaclara aqrotexniki qulluğun göstərilməsi; Azadlıq prospekti 12/164 ünvanında yerləşən binanın həyətinə asfalt örtüyünün çəkilməsi və istilik sisteminin təmir olunması; A.Gəraybəyli küçəsi, 22 və 24 saylı binaların həyətinə asfalt ortüyünün çəkilməsi, kanalizasiya borularının dəyişdirilməsi və zirzəmiyə axıntının qarşısının alınması; A.Gəraybəyli küçəsi 22 ünvanında binanın həyətinin asfalt örtüyünün təmir olunması, zirzəminin dezinfeksiya olunması, binanın girişlərində işıqların bərpası, binanın elektrik enerji paylayıcı lövhəsinin təmir olunması və həyətdəki ağaca aqrotexniki qulluğun göstərilməsi; Ş.Rəhimov küçəsi, 51 saylı binanın həyətində və S. Bəhlulzadə küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən ağaclara aqrotexniki qulluğun göstərilməsi; Ə.Naxçıvani küçəsi 19, ADPU-nin 3 saylı yataqxanasının işıq, su və kanalizasiya xətlərinin bərpası və həyətdəki ağaclara aqrotexniki qulluğun göstərilməsi bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.