Şriftin ölçüsü :

Saytın rəngi :

22 oktyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

23 oktyabr 2024 | 15:45

22 oktyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi ev 35 ünvanında söhbətgahın quraşdırılması, S.Məmmədova küçəsi 207 ünvanında zirzəmidə suyun olması, S.Məmmədova küçəsi 205b ünvanında aşma təhlükəsi olan qurumuş ağacların götürülməsi, Cavadxan küçəsi 4 ünvanında həyətdə kanalizasiya suyunun axıntısının qarşısının alınması, M.Cəlal küçəsi 121 ünvanında binanın girişlərində şüşələrin quraşdırılması, A.Məmmədov ev 56 və 55 ünvanlarında mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, M.Cəlal küçəsi 51 ünvanında istirahət parkında söhbətgahlarda işıqların yanmaması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər