Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri bələdiyyəsində işgüzar görüş keçirildi

17 aprel 2018 | 11:00

2018-ci il aprel ayının 17-də  Binəqədi rayonu Biləcəri bələdiyyəsində bələdiyyənin kollektivi ilə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri,  Aparatın şöbə müdirləri, RİH başçısının QİƏD üzrə nümayəndəsi, bələdiyyənin sədri, sədr müavinləri və şöbə müdirləri iştirak etmişlər.

Görüşdə bələdiyyələrin mövcud maliyyə durumu,  bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, mövcud olan çətinliklər, problemlər, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bələdiyyələrin balansında olan texnikalarının mövcud vəziyyəti, məişət tullantılarının yığışdırlması və daşınması vəziyyəti, bələdiyyələrdə İctimai-humanitar sektorların fəaliyyəti, səyyar görüşlərin təşkili və keçirilməsi, qaldırılan məsələlərin icra vəziyyəti barədə  bələdiyyə sədrinin, sədr müavinlərinin, bələdiyyə aparatının şöbə müdirlərinin məlumatları  dinlənilmişdir.
Görüşdə müzakirə olunan məsələlər barəsində geniş fikir mübadiləsi aparılmış və müvafiq tövsiyələr verilmişdir.
İclasda bələdiyyələrin vergi və rüsumlarının yığılması, bələdiyyə gəlirlərinin artırılması, bələdiyyələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması, ərazilərin yaşıllaşıdırilması ilə əlaqədar həyata keçiriləcək tədbirlər barədə təklif və tövsiyələr səsləndirilmiş, növbəti ayların fəaliyyət istiqamətləri və hədəfləri müəyyənləşdirilmişdir.

Keçidlər