Binəqədi rayonunda abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir
Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Binəqədi rayonunda təxirə salınmaz tədbirlər həyata keçirilir. Belə ki, rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir
9-cu mikrorayon, Mir Cəlal küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni asfalt örtüyü çəkilmiş, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 10 saylı yaşayış binasının girişlərində üzlük daşları təmir edilmiş, giriş qapılarının üzlükləri yenilənmiş, A.Kunanbayev küçəsi 2 ünvanında yaşıllıq zolağında əkilmiş ağaclara aqrotexniki xidmət göstərilmiş, eyni zamanda F.Məlikov 4, 1q, 1b və 1v saylı yaşayış binalarının girişlərində təmir işləri davam etdirilmişdir.