Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri sakinləri ilə görüşdü

06 iyul 2013 | 10:00

2013-cü il  iyulun 5-də Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 85-də yerləşən xeyir-şər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun  Biləcəri qəsəbəsi  sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
     Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 183 nəfər qəsəbə sakini iştirak edirdi.
     Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyul 2013-cü il tarixdə Binəqədi rayonuna etdiyi səfər barədə ətraflı məlumat verərək bu sevinci sakinlərlə bölüşdü.
     Qəsəbə sakinlərindən Sabir Baxşəliyev, Vaqif Hüseynov, Elman Nəsibov, Alim Mirzəyev, Əkbər Muradov və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
     Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər