Binəqədi rayonunda “Qordi Düyünü” Xəzərin Hüquqi statusu layihəsinin yekun hissəsi - simulyasiya mərhələsi keçirildi
21.04.2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin dəstəyi, Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun təşkilatçılığı ilə keçirilən “Qordi Düyünü” Xəzərin Hüquqi statusu layihəsinin yekun hissəsi - simulyasiya mərhələsi baş tutmuşdur.
Tədbirdə giriş nitqi ilə çıxış edən Simulyasiya AYAFE Gənclər Təşkilatının sədr müavini, DİA Politoloqlar Klubunun sədri Balamət Balamətov ilk öncə tədbir iştirakçılarını salamladı və tədbirin təşkilində əməyi keçən hər kəsə, o cümlədən tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Daha sonra tədbirdə çıxış edən moderator Ayişə Umarova tədbir iştirakçılarını simulyasiya mərhələsinin qaydaları ilə tanış etdikdən sonra tədbirin əsas hissəsinə keçid edilmişdir.
Simulyasiya müzakirələrlə davam etmiş, iştirakçılar təmsil etdikləri ölkələrin mövqelərindən çıxış edərək maraqlı oyun nümayiş etdirmişlər.
Sonda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək tədbir iştirakçılarına layihədə aktiv şəkildə iştirak etdikləri üçün öz təşəkkürünü bildirmiş və gənclərin bu tipli layihələrdə iştirakının onların şəxsi inkişafı baxımından əhəmiyyətini vurğulamışdır.
Layihənin bütün iştirakçılarına sertifikat təqdim olunmuş, eyni zamanda simulyasiya zamanı göstərdikləri oyuna əsasən, "ən yaxşı komanda" və "ən yaxşı nümayəndə" nominasiyaları üzrə “fərqlənmə sertifikatları” təqdim edilmişdir.
Sonda xatirə şəkili çəkilmişdir.