Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirildi

24 aprel 2018 | 11:00

2018-ci il aprel  ayının  24-də,  28 May qəsəbə İƏD-nin inzibati binasında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun 28 May qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbulu  keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri   iştirak edirdi.
Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

Keçidlər